Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Söhbət Trampdan getmir, bütün kollektiv Qərbin və anqlo-saks sivilizasiyasının  gələcəyindən gedir

Respublikaçılar Partiyasının NATO-ya, Avropa qarşı da olan və bir çox hallarda Rusiyanın maraqları ilə kəsişən siyasi xətti ABŞ-ın beynəlxalq maraqlarına nə qədər xidmət edir? ..

Siyasi-şərhçi: “Amerika xalqının mühafizəkar kəsimi Trampı lider olarq qəbul edir və bu kəsim Respublikaçıların hakim olduqları ştatlarda çoxludadırlar. Respublikaçılar Partiyası isə hakimiyyətə gələ bilmək üçün bu kəsimə ehtiyacı var. Yəni Respublikaçılar nə bu kəsimdən, nə də Trampdan imtina edə bilməzlər”.

“Biz Trampı artıq bir dəfə hakimiyyətdə görmüşük və mən hesab edirəm ki, keçən dəfə olduğu kimi Tramp ABŞ-ın xarici siyasətində ciddi dəyişiklik etməyəcək. Sadəcə bunun üçün onun imkanları yoxdur”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu ABŞ-da keçiriləcək prezident seçkilərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ-da start verilən prezident seçkilərində Tramp Respublikaçılar arasında şəksiz lider olaraq görünür. ABŞ-ın fundamental dəyərlərini və dünyadakı geostrateji maraqlarını təhdid etməsinə baxmayaraq, Tramp Respublikaçılar Partiyasının istər istibleşmenti arasında, istərsə də partyanın seçiciləri arasında çox populyardır. Açıq populist şüarlarla çıxış edən Trampın bu məşhurluğunu nəylə izah etmək olar. Ümumiyytlə isə son illər Respublikaçılar Partiyası demək olar ki, ifrat radikalizmə və populizmə yuvarlanıb.

Bəs, Respublikaçılar Partiyasının NATO-ya, Avropa qarşı da olan və bir çox hallarda Rusiyanın maraqları ilə kəsişən bu siyasi xətti ABŞ-ın beynəlxalq maraqlarına nə qədər xidmət edir?

Trampın prezident seçkilərindəki şanslarını Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Mən hətta düşünürəm ki, ABŞ istibleşmenti Trampı prezident olmasına imkan verməyəcək. Bilmirəm bunu hansı qaydada, hansı əsasla edəcəklər, amma bu da istisna deyil və qeyd edim k, bu il Trampa qarşı cinayət iddiaları bir neçə məhkəmədə baxılacaq”.

Bayden Administrasiyası dövründə ABŞ-ın iqtisadi göstəricilərinin artdığını vurğulayan ekspert qeyd edib ki, göründüyü kimi hələlik Trampın reytinqi də kifayət qədər yüksəkdir:

“Son keçirilən sorğular göstərdi ki, Trampın əsas rəqiblərindən sayılan Roy DeSantis və Nikki Heyli azı iki dəfə Trampdan geri qalırlar. Bu gedişlə Trampın namizədliyinin Respublikaçılar tərəfindən irəli sürüləcəyi istisna olunmur. Bildiyimiz kimi Tramp haqqında çoxlu cinayət işləri var, amma partiyanın daxilində də onun dəstəyi kifayət qədər güclüdür, həmçinin Trampın sosial dayaqları da güclüdür. Bunun səbəbi nədir?

Məsələ burasındadır ki, təkcə Respublikaçılar Partiyasının daxilindəki qruplaşmalar və onların mövqeyi deyil, ABŞ əhalisinin Orta Şərq ştatlarında Trampın dəstəyi kifayət qədər güclüdür. Yəni Amerika xalqının əhəmiyyətli hissəsi Trampı Respublikaçıların şəriksiz lideri olaraq görür, digər namizədlərdən daha çox Trampa üstünlük verirlər. Amerika xalqının bu kəsimində mühafizəkar baxışlar üstünlük təşkil edir və bu kəsim Respublikaçıların hakim olduqları ştatlarda çoxludadırlar. Respublikaçılar Partiyasının isə hakimiyyətə gələ bilmək üçün bu kəsimə ehtiyacı var. Yəni Respublikaçılar nə bu kəsimdən, nə də Trampdan imtina edə bilməzlər. Ona görə ki, Tramp Amerika miqyasında bu kəsimə liderlik edir. Çünki Tramp digər siyasətçilərdən fərqli olaraq fikirlərini kifayət qədər açıq, çılpaq və sadə dildə ifadə edir. Bu isə amerikalıların xoşuna gəlir.

Orta sinifdən olan sıradan amerikalıları ABŞ-ın dünyada tutduğu hegemon mövqedən daha çox ABŞ-ın daxilindəki vəziyyət maraqlandırır. Onlar öz evlərinin problemlərini hansısa Avropa ölkəsindəki, ya da Asiya və Afrika ölkəsindəki problemlərdən üstün tuturlar və bu təbii ki, sıradan bir insan olaraq bunda haqlıdırlar. Tramp da bundan çox gözəl istifadə edir və sadə populizmlə insanların qəlbini asanlıqla fəth edə bilir. Hazırda amerikalıların ən böyük daxili problemi qanunsuz miqrasiya olduğu üçün Respublikaçılar Partiyası da bu problemdən maksimum istifadə edərək hakimiyyətə gəlməyə çalışır.

Ərəstun Oruclu: “Respublikaçılar Demokratlardan daha mühafizəkar olmaqla yanaşı, həm də daha imperalist düşüncə sisteminə sahibdirlər”.

Amma Amerika bir superdövlət olaraq qala bilməsi üçün bəzi əvəzlər ödəməlidir və bu əvəzlər artıq 100 ilə yaxındır ki, Vaşinqton tərəfindən ödənilir. Düşünürəm ki, Tramp kimi populist siyasətçilərin etirazlarına baxmayaraq, Amrika indiki qüdrətini qoruyub saxlaya bimək üçün bu əvəzi ödəməyə davam etməlidir və edəcək.

Biz Trampə artıq bir dəfə hakimiyyətdə görmüşük və mən hesab edirəm ki, keçən dəfə olduğu kimi Tramp ABŞ-ın xarici siyasətində ciddi dəyişiklik etməyəcək. Sadəcə bunun üçün onun imkanları yoxdur. Çünki Respublikaçılar Demokratlardan daha mühafizəkar olmaqla yanaşı, həm də daha imperalist düşüncə sisteminə sahibdirlər.

Əlbəttə ki, Tramp NATO-nun əleyhinədir. O, birinci prezidentliyi dönəmində də NATO-nun əleyhinə idi. Çünki ABŞ NATO-nun yükünü demək oalr ki, təkbaşına çəkir. Bu günlərdə Trampın keçmiş müşaviri olmuş şəxslərdən biri də açıq bildirdi ki, Tramp prezident seçilərsə, bu NATO-nun dəfn olunması demək olacaq. Prinsipcə bu mümkündür. Lakin bu həm də Amerika hegemoniyasının dəfn olunması demək olar və dünyanın tamamilə ABŞ-ın orbitindən çıxmasına səbəb ola bilər. Bunu Respublikaçılar hamıdan yaxşı bilir. Ona görə də düşünmürəm ki, partiyadaşları Trama belə bir şans tanıya bilərlər. Çünki söhbət Trampın siyasətindən, ya da poulizmindən getmir, bütün kollektiv Qərbin və anqlo-saks sivilizasiyanın gələcəyindən gedir.

Tramp digər tərəfdən də Rusiyaya kifayət qədər loyal mövqe sərgiləyir. Lakin birinci prezidentlik dönəmində də biz gördük ki, Tramp Rusiyaya qarşı Obamadan daha sərt davrandı. Düşünürəm ki, bu dəfə də elə olacaq. Çünki müharibə partiyası olaraq tanınan Respublikaçıların Rusiyanın bu saatdan sonra yenidən Avrasiyada hakim gücə çevrilməsinə imkan vermələri heç də inandırıcı görünmür.

Bir baxımdan da mən düşünürəm ki, ABŞ istibleşmenti Trampın yenidən seçilməsinə qarşıdır, lakin onun seşilməsi qaçınılmaz olacaqsa, o zaman onu idarə edə biləcəklər. Əks təqdirdə Tramp real impiçmentlə rastlaşa bilər. Mən hətta düşünürəm ki, ABŞ istibleşmenti Trampı prezident olmasına imkan verməyəcəklər. Bilmirəm bunu hansı qaydada, hansı əsasla edəcəklər, amma bu da istisna deyil və qeyd edim ki, bu il Trampa qarşı çinayət iddiaları bir neçə məhkəmədə baxılacaq. Hökmlərin birinin belə seçkiyə qədər verilməsi Trampı seçkidən kənarlaşdıra bilər. Bir sıra ştatlar artıq Trampı partiya daxili praymerizlərdən kənarlaşdırıblar. Artıq iki ştatın məhkəməsinin bu barədə qərarı var.

Ərəstun Oruclu: “ABŞ kimi bir super dövlətdə Tramp kimi populist siyasətçilərin önə çıxması təbii ki, Amerikanın beynəlxalq nüfuzunu sarsıdır. Artıq irili-xırdalı bir çox ölkələr Vaşintonun iradəsini gözməməslikdən gəlməyə də çəkinmirlər və bu da çox şeydən xəbər verir”.

Ola bilər ki, bu qərar federal şəkildə qəbul edilsin. Düzdür, bu inandırıcı deyil. Çünki ABŞ Ali Məhkəməsində mühafizəkarlar çoxluq təşkil edir. Ola bilsin ki, onların arasında da Tramp tərəfdarları çoxdur, bunu dəqiq deyə bilmərəm. Amma hər bir halda Trampın prezident seçilməsi ABŞ-ın milli maraqlarına, ümumiyyətlə Kollektiv Qərbin maraqlarına ciddi zərbə kimi görünsə də, düşünürəm ki, vəziyyət idarə olunacaq. Ən pis halda, Tramp doğrudan da ABŞ-ın və kollektiv Qərbin maraqlarını doğrudan zərbə altına alarsa, o zaman Respublikaçılar və Demokratların ittifaqı Tramın hakimiyyətdən uzaqlaşmasını asanlıqla mümkü edir. Yəni Trampın mütləq hakimiyyəti yoxdur ki, o hər şeyi əlinin bir işarəsi ilə dəyişsin. Bu baxımdan mən hesab edirəm ki, qoca Amerika sistemi onun qarşısını almaq üçün yetərli imkanlara sahibdir.

Lakin ABŞ kimi bir super dövlətdə Tramp kimi populist siyasətçilərin önə çıxması təbii ki, Amerikanın beynəlxalq nüfuzunu sarsıdır. Artıq irili-xırdalı bir çox ölkələr Vaşintonun iradəsini gözməməslikdən gəlməyə də çəkinmirlər və bu da çox şeydən xəbər verir. Yəni Tramp kimi siyasətçilər hər bir halda ABŞ üçün təhlükə yaradır. Bunu artıq hər kəs deyir və xəbərdarlıq edir. Bir daha qeyd edim ki, Trampa qarşı müqavimət də kifayət qədər ciddidir.

Trampın seçilib, seçilməməsinə sonda seçicilər qərar verəcəklər. Problem bundadır ki, hal-hazırda Trampın reytinqi Baydenin də reytinqindən yüksəkdir. Görünən də budur ki, Demokratlar Baydenlə növbəti seçkiyə getməyə planlayırlar. Çünki hazırda Demokratların ortada parlaq bir liderləri də yoxdur və bu mərhələdən sonra kiminsə ortaya çəxarılması Trampın asanlıqla həmin namizədə qalib gəlməsinə səbəb ola bilər. Əlbəttə ki, bu gedişat yaxşı deyil. Amma eyni zamanda Bayden Administrasiyası zamanı ABŞ-ın iqtisadi göstəriciləri artıb. ABŞ-da ümumi daxili məhsulun artımı 4 faizdən yuxarıdır, işsizlik səviyyəsi aşağı düşüb. Amma göründüyü kimi hələlik Trampın reytinqi də kifayət qədər yüksəkdir və onun reytinqinin yüksək olmasında qanunsuz miqrasiyaya qarşı demokratların dişsiz rol alması xüsusi rol oynayır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Ən çox oxunanalar